Çində ölənlərin sayı artır, virusa yoluxanların sayı 60 mini keçdi

© REUTERS / ALY SONGСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Bu arada Çindən kənarda koronavirusa yoluxanların sayı 505-ə çatıb. Onlardan ikisinin öldüyü bildirilir

BAKI, 14 fevral — Sputnik. Çində yeni koronavirusdan ölənlərin sayı 1380 nəfərə çatıb. Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb. Yoluxanların sayı isə 63 918 nəfərə yüksəlib.

Ümumilikdə Çində bu virusa yoluxanların sayı 63851-ə çatıb.

Bu arada Çindən kənarda koronavirusa yoluxanların sayı 505-ə çatıb. Onlardan ikisinin öldüyü bildirilir. Virusa yoluxanların sayına görə Çindən sonra Yaponiya (251 hal), Sinqapur (58 hal) və Tailand (33 hal) gəlir.

Xəbər lenti
0