Daha bir azərbaycanlı virus təhlükəsinə ilə xəstəxanaya yerləşdirildi

© Depositphotos.com / Diego_cervoВрач осматривает рентгеновские снимки грудной клетки
Врач осматривает рентгеновские снимки грудной клетки - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəxanaya yerləşdirilən şəxs 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekində təhsil alan tələbədir. Pekindən Abu-Dabi şəhərinə, fevral ayının 12-si isə Abu-Dabidən Bakıya gəlib

BAKI, 13 fevral — Sputnik. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərlə bağlı növbəti məlumat yayıb. Sputnik Azərbaycan-a daxil olan məlumata bildirilir ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə daha bir nəfər yerləşdirilib.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Dəhşətli rekord yeniləndi – Bir gündə 242 nəfər ölüb

Xəstəxanaya yerləşdirilən şəxs 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekində təhsil alan tələbədir. Pekindən Abu-Dabi şəhərinə, fevral ayının 12-si isə Abu-Dabidən Bakıya gəlib.

Heydər Əliyev adına Hava Limanına daxil olduqda hərarəti normadan bir qədər yüksək olub.

Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Onların bir hissəsi karantin müddəti bitdiyindən evlərinə buraxılıblar.

Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, xəstəxanada qalanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onların da evlərinə buraxılacaqları gözlənilir.

Xəbər lenti
0