06:39 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
12 0 0

Öz inauqurasiya mərasimindən sonra Zelenski Administrasiyanın yerində prezidentin ofisi vəzifəsini yaradıb

BAKI, 11 fevral — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski öz ofisinin rəhbəri Andrey Boqdanı işdən çıxarıb və onun yerinə Andrey Yermakı təyin edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ukrayna Prezidentinin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl "Ukrainskaya Pravda" nəşri öz mənbələrinə istinadən Boqdanın istefa ərizəsini yazdığını bildirib. Onun vəzifədən getmək səbəbləri açıqlanmır.

Xatırladaq ki, öz inauqurasiya mərasimindən sonra Zelenski Administrasiyanın yerində prezidentin ofisi vəzifəsini yaradıb və bura Boqdanı təyin edib. Sonuncu bu vəzifəyə qədər oliqarx İqor Kolomoyskinin müşaviri idi.

Əsas mövzular