16:24 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1610

Kostırina artıq bir neçə qısametrajlı filmin müəllifidir. O, yeni layihəsini "Sibir emalatxanası" kinoklubu ilə birlikdə həyata keçirmək niyyətindədir

BAKI, 9 fevral — Sputnik. Stiven Kinq rusiyalı məktəbliyə 1 dollar qarşılığında film çəkilişinə icazə verib. Sputnik Azərbaycan xəbər verir ki, Tomskda məktəbli Diana Kostırina yazıçı Stiven Kinqin əsərini ekranlaşdıracaq. 16 yaşlı Diana "Otaqda qadın" əsəri əsasında lentə alacağı qısametrajlı filmi payız ayında Krasnodarda baş tutacaq "Dollar Baby Russia" beynəlxalq festivalına təqdim edəcək.

Kostırina artıq bir neçə qısametrajlı filmin müəllifidir. O, yeni layihəsini "Sibir emalatxanası" kinoklubu ilə birlikdə həyata keçirmək niyyətindədir. Onun sözlərinə görə, filmdə əsərin finalını dəyişərək xoşbəxt sonluqla bitirmək istəyir. Diana filmdə baş rolu ifa etməkdən ötrü tanınmış aktyorla danışıqlar apardığını vurğulayıb. Həmçinin əsas rolu oynayacaq aktrisa da axtarılır.

Qeyd edək ki, Stiven Kinq yalnız məktəbli və tələbələrə 1 dollar müqabilində müəlliflik hüququ verir.

Əlaqədar

Pul tapsalar, gələn il "Zamandan kənarda" ola bilərik
"Oskar"ı kimlər alacaq – Proqnozlar internetə sızdı
Amerikada bizimkilər: o da striptizi seçdi - VİDEO
"Spartak" vəfat etdi
Azərbaycanlı aktyor rusların ağlını başdan aldı - VİDEO

Əsas mövzular