Venesiyada ən dəlisov karnaval keçirilir - VİDEO

© REUTERS / GUGLIELMO MANGIAPANESan-Markoda ənənəvi karnaval
San-Markoda ənənəvi karnaval - Sputnik Azərbaycan
Abunə olmaq
İki həftəlik karnaval bayramında konsert, ən yaxşı kostyum müsabiqəsi, ənənəvi "mələyin uçuşu" nəzərdə tutulub.

BAKI, 9 fevral — Sputnik. Venesiyanın əsas meydanı San-Markoda ənənəvi karnavala start verilib. Sputnik Azərbaycan xəbər verir ki, budəfəki bayramın mövzusu oyun, sevgi və dəlilikdir.

Küçələrə onlarla qədimi geyimlərdə insanlar çıxıb. Kannareco kanalında isə teatrallaşdırılmış su şousu nümayiş olunub. İki həftəlik karnaval bayramında konsert, ən yaxşı kostyum müsabiqəsi, ənənəvi "mələyin uçuşu" nəzərdə tutulub. Venesiyaya gələn turistlərin sayında azalma müşahidə olunub. Şəhər rəhbərliyinin fikrincə, buna səbəb bu yaxınlarda şəhərdə baş vermiş subasmadır.

Qeyd edək ki, hər il Venesiyada baş tutan bu karnaval ilk dəfə 1094-cü ildə keçirilib. 1162-cı ildə Akviley üzərində qələbədən sonra San-Marko meydanında xalq gəzintisi baş tutur.

Xəbər lenti
0