Türkiyədə 185 rusiyalı vəfat edib – Gözlənilməz rəqəmlər açıqlandı

© AFP 2023 / OZAN KOSEЛюди на улицах Стамбула
Люди на улицах Стамбула - Sputnik Azərbaycan
Abunə olmaq
2018-ci ildə Türkiyəyə gedən rusiyalıların sayı 6 milyon olmuşdusa, ötən il bu rəqəm 17% artıb və 7 milyonu keçib.

BAKI, 7 fevral — Sputnik. 2019-cu ildə 150-dən çox Rusiya vətəndaşı Türkiyənin Aralıq Dənizi kurortlarında, 31-i isə bu ölkənin İstanbul konsulluğu dairəsində vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində Rusiyanın Türkiyədəki səfiri Aleksey Yeroxov bildirib.

Туристы в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rusiyalı turistlər uğrunda rəqabət: Onların bizi seçməsi üçün nə etmək lazımdır?

Səfir bildirib ki, Rusiyadan Türkiyəyə gedən turistlərin sayı artmaqda davam edir. 2018-ci ildə bu göstərici 6 milyon olmuşdusa, ötən il bu rəqəm 17% artıb və Türkiyəyə səfər edən rusiyalıların sayı 7 milyonu keçib: “Lakin rekordlar barədə danışarkən kədərli şeylərdən də danışmaq lazımdır. Belə ki, ötən turizm mövsümündə Türkiyənin Aralıq dəniz kurortlarında 154, İstanbul Konsulluğu dairəsində isə 31 Rusiya vətəndaşı ölüb. Bundan əlavə, 68 tibbi-sanitar təxliyə reallaşdırılıb".

Onun sözlərinə görə, bu rəqəmlər ötən illə müqayisədə azdır.

Səfir qeyd edib ki, Rusiya turistlərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı olduqca yüksəkdir: "Lakin baş verən ölüm faktlarının əksəriyyəti xroniki xəstəliklərin – ürək-damar, infarkt, insult, serroz və s. kəskinləşməsi ilə bağlıdır".

Xəbər lenti
0