Türkiyə yenidən ABŞ-a səsləndi: "Sözümüz qüvvədədir"

© © Photo by Handout / TURKISH DEFENCE MINISTRY / AFPS-400 zenit raket komplekslərinin Türkiyəyə tədarükü, arxiv şəkli
S-400 zenit raket komplekslərinin Türkiyəyə tədarükü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd "S-400" divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır

BAKI, 6 fevral — Sputnik. Amerikanın "F-35" qırıcıları ilə Rusiyanın "S-400" zenit-raket komplekslərinin uyğunluğunun qiymətləndirilməsi üzrə birgə komissiyanın yaradılması barədə Ankaranın Vaşinqtona təklifi hələ də qüvvədədir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

""F-35" üzrə birgə komissiyanın yaradılması ideyasını bizim prezident hələ oktyabrda səsləndirmişdi. ABŞ sərt mövqe tutub və hələ ki bir nəticə yoxdur. Bizim sözümüz qüvvədədir. Bu mövzuda Türkiyəyə qarşı şantaj qəbuledilməzdir", - deyə Kalın jurnalistlərə bildirib.

Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" zenit raket komplekslərinin tədarükü ötən ilin iyul ayının ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində "S-400" tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni F-35 tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.

Qeyd edək ki, ötən il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd "S-400" divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.

Xəbər lenti
0