Koronavirusdan qorxanlar tələyə düşə bilərlər

© AP Photo / Arek RatajСитуация в связи с эпидемиологической обстановкой в Польше
Ситуация в связи с эпидемиологической обстановкой в Польше - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumata görə, viruslu mesajlar virusun yayılması ilə bağlı yeni məlumatların olduğu iddia edilən mesajlarla gəlir.

BAKI, 5 fevral — Sputnik. Hakerlər insanların koronavirus qorxusundan istifadə edərək, kompüter və digər cihazlara virus göndərirlər.

Люди в медицинских масках - Sputnik Azərbaycan
O da ölümcül virusa qarşı bunu edə bildi

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Proofpoint" təhlükəsizlik şirkətinin məlumatlarına görə, insanları aldatmaq məqsədilə koronavirus mövzulu e-mail virusları hazırlayaraq bir çox ölkədə kompüterlərə hücumlar edilib.

Şirkətin məlumatlarına görə, hücum edənlər pis niyyətli fəaliyyətləri üçün URL hazırlamağa və saxta saytlar qurmağa başlayıblar.

Məlumata görə, viruslu mesajlar virusun yayılması ilə bağlı yeni məlumatların olduğu iddia edilən mesajlarla gəlir.

Məsələn, Yaponiyada TA542 haker qrupunun yaydığı mesajlar üz maskaları və digər qorunma üsulları ilə bağlı məlumatların olduğu mesajları açmağa dəvət edir.

Mesajı açmaqla bank hesablarına giriş məlumatları və s. digər dəyərli məlumatlar oğurlanır və "Emotet" adlı virus proqramı işə düşür. Virus yoluxan cihaz başqa hücumlar üçün də istifadə edilir.

Xəbər lenti
0