Hulusi Akar - Cavablarını veririk

© AFP 2023 / BULENT KILICГлава Минобороны Турции Хулуси Акар
Глава Минобороны Турции Хулуси Акар - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Türkiyə Müdafiə Nazirliyi bildirib ki, İdlibdə Suriya hökumət ordusunun hücumu nəticəsində 5 türk hərbçi və bir mülki şəxs həlak olub. Sonra Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan 5 hərbçi və 3 mülki şəxsin həlak olduğunu bildirib

BAKI, 3 fevral — Sputnik. Türkiyənin Müdafiə naziri Hulusi Akar Ankaranın İdlibdə Suriya ordusunun türk əsgərlərini atəşə tutmasına görə cavab verdiyini bildirib.

"Biz bu hücuma görə bütün tədbirləri görürük. Bizim hərbçilərimiz İdlibdə 54 hədəfi vurublar, 76 suriyalı əsgəri neytrallaşdırıblar", - Akar bildirib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən bildirir ki, H.Akar türkiyəli hərbçilərin bundan öncə İdlibdə qüvvələrin yerdəyişməsi barədə iki dəfə rusiyalı həmkarlarını xəbərdar etdiklərini deyib.

Bu gün Türkiyə Müdafiə Nazirliyi bildirib ki, İdlibdə Suriya hökumət ordusunun hücumu nəticəsində 5 türk hərbçi və bir mülki şəxs həlak olub. Sonra Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan 5 hərbçi və 3 mülki şəxsin həlak olduğunu bildirib.

Həmçinin bu gün Türkiyə tərəfi Rusiya ilə birgə patrulu yerinə yetirmək üçün gəlməyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Suriya Ərəb Respublikasında münaqişə tərəflərinin barışdırılması üzrə Rusiya mərkəzinin başçısı general-mayor Yuri Borenkov mətbuat konfransında deyib.

"Türkiyə tərəfi birgə patrulu gerçəkləşdirmək üçün gəlmədiyinə görə Rusiya hərbi polisinin bölmələri Hələb vilayətində Kobani - Qərib keçid məntəqəsi - Harab-Nas - İtviran - Taxtani - Badfik - İtviran-Faukani - Qərib keçid məntəqəsi - Kobani marşrutu üzrə birtərəfli qaydada patrul ediblər", - Y.Borenkov deyib.

Xəbər lenti
0