Məşhur kriminal avtoritetə qarşı növbəti basqın: Aralarında azərbaycanlılar da var

© Sputnik / Andrey Stanavov / Mediabanka keçidKişi əlində tapança ilə, arxiv şəkli
Kişi əlində tapança ilə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qrup üzvlərinin yaşadığı ünvanlara edilən basqın zamanı 11 tapança, Kalaşnikov (AK 47) tipli avtomat və 222 ədət güllə götürülüb. Polisin araşdırması davam etdirilir.

BAKI, 31 yanvar — Sputnik. İstanbulda ukraynalı keçmiş məhkum Anri Malyinin rəhbərlik etdiyi və aralarında rus, Ukrayna, gürcü və Azərbaycan vətəndaşları olan 16 nəfərlik qrup polis tərəfindən hazırlanan xüsusi əməliyyatla ələ keçirilib.

Düşmən qrup lideri "Lotu Quli" ləqəbli azərbaycanlı dəstə başçısı Nadir Səlifov və adamlarına qarşı silahlı hücum etmək üçün ölkəyə daxil olan qrup üzvlərindən 12 silah götürülüb.

Məlumata görə, İstanbul Təhlükəsizlik Müdirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə qrupları tərəfindən aparılan araşdırma zamanı Türkiyədə olan qrupun biri rus, 3-ü Ukrayna, 4-ü Gürcüstan və 8-i azərbaycanlı olan üzvlərinin şəxsiyyəti və qaldığı yer müəyyən edilib.

Azərbaycanlı cinayətkar qrup rəhbəri Lotu Quli və dəstəsinə qarşı silahlı hücum məqsədilə gələn qrup üzvlərinin Türkiyədə müxtəlif cinayət hadisələrinə qarışdığı da müəyyən edilib.

Qrup üzvlərinin yaşadığı ünvanlara edilən basqın zamanı 11 tapança, Kalaşnikov (AK 47) tipli avtomat və 222 ədət güllə götürülüb. Polisin araşdırması davam etdirilir.

Xəbər lenti
0