13:05 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
12010

Azərbaycanlı model Rüfət İsmayıl qondarma "erməni soyqırımı"nı tanıyan istənilən məşhurdan başqa dünyanın bütün ulduzlarına geyim dizayn etməyə hazırdır.

BAKI, 30 yanvar — Sputnik. Azərbaycanlı dizayner Rüfət İsmayıl deyib ki, o, heç vaxt erməni əsilli məşhur amerikalı Kim Kardaşyana və qondarma "erməni soyqırımı"nı tanıyan digər şəxslərə geyim hazırlamayacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, dizayner bu sözləri türk telekanallarından birində yayımlanan "Selim Akar sorarsa" verlişinin qonağı olarkən deyib.

Şou zamanı dizayner bildirib ki, bir çox dünya ulduzları ilə işləyir və onların milliyyəti onun üçün əhəmiyyət daşımır. Amma Kim Kardaşyan istisnadır.

View this post on Instagram

A post shared by Rufat Ismayil (@rufat_ismayil) on

"O, Ermənistanda bir brendin təqdimatını etmişdi. O, brendin istehsalını Türkiyədə həyata keçirmək istəyirdi. Amma ermənilər etiraz etdilər ki, türklər bizim düşmənimizdir, siz onlarda nəsə istehsal etməməlisiz. Türkiyədəkindən üç qat baha başa gəlməsinə baxmayaraq, Kardaşyan həmin istehsalatı Ermənistanda həyata keçirməyə üstünlük verdi. Mən belə birinə geyim hazırlamaram. Ümumiyyətlə, o qondarma soyqırımı kim dilinə gətirərsə, mən ona geyim hazırlamaram", - deyə İsmayıl bildirib. O, həmçinin qeyd edib ki, adətən yanına müştəri gələndə, ondan milliyyətini soruşmur, sadəcə paltarı hara geyinmək istədiyini soruşur. Ancaq Kardaşyanla bağlı vəziyyət başqadır.

"Onun qondarma soyqırımı dəstəkləməsi, biz azərbaycanlıları və türkləri dünyaya vandal kimi təqdim etməsi, mənim xoşuma gəlmir. O, milyonlarla izləyicisi olan sosial şəbəkə hesabında qondarma "erməni soyqırımı" haqqında status paylaşıb. Onu 65 milyon insan izləyib. Məncə bu, yanlış vəziyyətdir. Əgər o, milliyyətçidirsə, mən də milliyyətçi olacağam, baxmayaraq ki, incəsənətin milliyyəti yoxdur", - deyə İsmayıl bildirib.

Dizayner əlavə edib ki, heç vaxt qondarma "erməni soyqırımı"nı tanıyan insanlara, kimliyindən asılı olmayaraq paltar tikməyəcək.

Rüfət İsmayıl "Afffair" brendinin yaradıcısıdır. Onun nümayişləri Milan, Florensiya, Tehran və digər şəhərlərdə baş tutub. O, hazırladığı geyimlərə görə "Türkiyənin ən yaxşı dizayneri" adına layiq görülüb.

İsmayılın kolleksiyası, həmçinin Məkkədə dünyanın ən məşhur moda sənayesi öncülü olan "Pitti Uomo"da nümayiş etdirilib. "Fashion TV" kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb. Onun hazırladığı geyimləri Beyons, Cenifer Lopes, Avril Lavin və digər dünya ulduzları geyinirlər.

Əsas mövzular