“Əlli oldular, bəy...” – ABŞ İranın raket zərbəsinin fəsadlarını etiraf etdi

Abunə olmaq
Xəsarət alan 50 hərbçidən 31-nə İraqda tibbi yardım edilib və onlar yenidən xidmətə qayıdıblar. 19 hərbçi isə müalicə üçün Almaniyaya evakuasiya edilib.

BAKI, 29 yanvar — Sputnik. İranın ABŞ-ın İraqdakı bazasına endirdiyi raket zərbələri nəticəsində kontuziya alan hərbçilərin sayı 50-yə çatıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Pentaqonun rəsmi təmsilçisi Tomas Kempell bildirib.

Солдат США, фото из архива - Sputnik Azərbaycan
İran ABŞ əsgərlərini vurub - Mərkəzi Komandanlıq etiraf etdi

"Daha 16 hərbçiyə kəllə-beyin travması diaqnozu qoyulub. Bu günə olan məlumata görə, 50 ABŞ hərbçisi kəllə-beyin travması alıb", - deyə Kempell vurğulayıb.

Onun sözlərinə görə, xəsarət alan 50 hərbçidən 31-nə İraqda tibbi yardım edilib və onlar yenidən xidmətə qayıdıblar. 19 hərbçi isə müalicə üçün Almaniyaya evakuasiya edilib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, İranın bazalara zərbələri nəticəsində zərərçəkən olmayıb. Daha sonra o, kontuziyanın olmasını etiraf etmişdi.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamenei və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

ABŞ-İran münaqişəsi: Vaşinqton Yaxın Şərqdə təsirini necə saxlamağa çalışır

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını, 50 hərbçinin xəsarət aldığını bildirir.

Xəbər lenti
0