05:58 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2301

Plana "konseptual" xəritələr, həmçinin təhlükəsizlik kriteriyalarının və demilitarizasiyanın təsviri də əlavə olunub

BAKI, 29 yanvar — Sputnik. Ağ Ev özünün rəsmi saytında Yaxın Şərq probleminin həlli ilə bağlı "əsrin sözləşməsi" üzrə təkliflərini dərc edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, təxminən 180 səhifəlik sənəd 23 fəslə bölünüb, buraya sərhədlər, Qüdsün statusu, ABŞ Prezidenti Donald Trampın iqtisadi planı, təhlükəsizlik, sərhəd keçidləri, Qəzzanın statusu kimi məsələlər daxil edilir. 

Eləcə də azad ticarət zonası, ABŞ-la iqtisadi müqavilələr, limanların, Ölü dənizin, su resurslarının, məhkumların və qaçqınları statusları, təhsil, israillilərlə fələstinlilər arasında münasibətlərin qarşılıqlı tanınması, mövcud iddiaların yoluna qoyulması, sonrakı danışıqların aparılması qaydaları da sənəddə yer alıb.   

Plana "konseptual" xəritələr, həmçinin təhlükəsizlik kriteriyalarının və demilitarizasiyanın təsviri də əlavə olunub.

Əlaqədar

İrandan ABŞ-ın "əsrin sözləşməsi"nə reaksiya - yeni üsyan başlayacaq
Kəssə hər kim qan izini, qurtaran dahi odur yer üzünü - Tramp Nobel mükafatı ala bilər

Əsas mövzular