Koronavirus Azərbaycana bir addım da yaxınlaşdı: bu dəfə Gürcüstanda

© AFP 2023 / Ben StansallДевушка в медицинской маске в районе Чайна-таун в Лондоне
Девушка в медицинской маске в районе Чайна-таун в Лондоне - Sputnik Azərbaycan
Abunə olmaq
Qadının virusun episentri olan Uhan şəhərindən deyil, Çinin digər bölgəsindən Gürcüstana gəldiyi bildirilib

BAKI, 28 yanvar — Sputnik. Gürcüstanın Kaxeti bölgəsində olan 22 yaşlı Çin vətəndaşı koronavirus şübhəsi ilə nəzarətə götürülüb.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, o, respirator infeksiya simptomları ilə tibb müəssisəsinə müraciət edib.

Çinli qadının hansı virusa yoluxması hələ ki, məlum deyil. Onun vəziyyəti ilə bağlı təhlükəli bir şeyin olmadığı bildirilib.

Həkimlərin sözlərinə görə, Çin vətəndaşı ev şəraitində müalicəsini davam etdirir və nəzarət altına alınıb. Qadının virusun episentri olan Uhan şəhərindən deyil, Çinin digər bölgəsindən Gürcüstana gəldiyi bildirilib.

Xəbər lenti
0