Türkiyədə daha bir zəlzələ: gücü çaşdırdı

Abunə olmaq
Türkiyə Fövqəladə Hallar Nazirliyi (AFAD) təkanların yerin 6.99 km dərinliyində, gücünün isə 4.8 bal olduğunu bildirib. Qəndilli rəsədxanası isə maqnitudanı 5.1 olaraq göstərib

BAKI, 28 yanvar — Sputnik. Bu gün Türkiyədə daha bir zəlzələ olub.

Sputnik Azərbaycan Habertürk-ə istinadən bildirir ki, Manisa vilayətinin Qırxağac kəndində yerli vaxtla saat 14:26-da 4.8 bal gücündə zəlzələ olub.

Türkiyə Fövqəladə Hallar Nazirliyi (AFAD) təkanların yerin 6.99 km dərinliyində, gücünün isə 4.8 bal olduğunu bildirib. Qəndilli rəsədxanası isə maqnitudanı 5.1 olaraq göstərib.

Manisadakı zəlzələ İzmir, İstanbul, Bursa, Aydın və Tekirdağda da hiss edilib.

Xatırladaq ki, bir neçə gündür Türkiyədə ardıcıl zəlzələlər olur. Elazığ və Malatya vilayətlərində 6,8 bal gücündə baş vermiş zəlzələdə 41 nəfər ölüb, 1607 nəfər xəsarət alıb.

Xəbər lenti
0