Körpü üzərində dəhşət: Sevgilisini öldürüb özünü atdı

© REUTERS / Osman Orsalİstanbul
İstanbul - Sputnik Azərbaycan
Abunə olmaq
Polis əməkdaşları M.Keleşin avtomobilinə baxış keçirdikdə isə daha dəhşətli hadisənin şahidi olublar. Məlum olub ki, M.Keleş daha əvvəl öldürdüyü sevgilisi Ece Alçanın meyitini maşınla harasa aparırmış

BAKI, 26 yanvar — Sputnik. Bu gün İstanbulda dəhşətli hadisə baş verib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, “15 temmuz körpüsü”ndə Mehmet Keleş adlı şəxs idarə etdiyi avtomobili motosikletə çırpıb. Hadisədən dərhal sonra maşını tərk edən sürücü qaçaraq özünü körpüdən suya atıb.

Hadisə yerinə gələn təcili yardım maşını yaralı motosikletçini xəstəxanaya aparıb. Mehmet Keleşin həyatını isə xilas etmək mümkün olmayıb, o suda boğularaq ölüb.

Polis əməkdaşları M.Keleşin avtomobilinə baxış keçirdikdə isə daha dəhşətli hadisənin şahidi olublar. Məlum olub ki, M.Keleş daha əvvəl öldürdüyü sevgilisi Ece Alçanın meyitini maşınla harasa aparırmış. Bıçaqlanaraq öldürülən qızın meyiti morqa aparılıb.

Hadisəni törədən Mehmet Keleş intihar etdiyindən onun sevgilisini hansı səbəbdən öldürdüyü qaranlıq qalıb.

Xəbər lenti
0