Dəhşətli virusun ölüm rəqsi: insanın çırpıntısı qeydə alındı – VİDEO

© AFP 2023 / HECTOR RETAMALСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Kadrlarda xəstənin çarpayıda dəhşətli şəkildə çırpındığı, yanında dayanan maskalı qadının isə onun başını tutduğu görünür.

BAKI, 26 yanvar — Sputnik. Çin xəstəxanasında yeni yayılan virusa  tutulan və qızdırma içində titrəyən şəxsin videosu yayılıb.

Sputnik Azərbaycan xəbər verir ki, kadrlarda xəstənin çarpayıda dəhşətli şəkildə çırpındığı, yanında dayanan maskalı qadının isə onun başını tutduğu görünür. Bildirilir ki, xəstəliyin yayılmağa başladığı Uhanda xəstəxanalar ağzına qədər dolub və insanlar dəhlizdəcə kömək gözləməli olurlar.

36 yaşlı yerli sakin olan qadın Morning Post-a bildirib ki, ərinin virusa yoluxub-yoluxmadığını öyrənmək üçün bir həftə növbə çəkməli olub. O, xəstəxananın həyətində heç bir xüsusi qoruyucu geyim olmadan gözlədiyini deyib. Çünki ölkədə qoruyucu geyim çatışmazlığı yaşanır.

Son məlumatlara görə, ölkədə 2 mindən çox adam virusa yoluxub, onlardan 56 nəfər vəfat edib.

Xəbər lenti
0