04:46 29 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
101 0 0

2012-2013-cü illərdə keçmiş futbolçu ilə Fətullah Gülən arasında 289 dəfə telefon bağlantısı qurduğu deyilən futbolçunun geri qyatarılması tələb olundu

BAKI, 25 yanvar — Sputnik. Türkiyənin 90-cı və 2000-ci illərin ən məşhur futbolçularından biri olan, milli komandada forma geyinən Arif Erdemin geri qaytarılması tələb olunub. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ABŞ-da olduğu deyilən futbolçunun İstanbul 23-cü Ağır Cəza Məhkəməsi tərəfindən bu ölkədən təhvil verilməsi tələb olunub. Artıq bununla bağlı olaraq tələbnamə də hazırlanıb. Bu tələbnamə Türkiyənni Xarici İşlər Nazirliyinin vasitəsi ilə ABŞ-a təqdim olunub.

Qeyd edək ki, bəzi şahidlər keçmiş futbolçunun 1994-cü ildə FETO təşkilatının rəhbəri Fətullah Gülənlə görüşdüyünü söyləyərək ifadə vermişdilər. Şahidlərin verdiyi məlumatlara görə, Türkiyə millisi 2002-ci ildə keçirilən dünya çempionatında 3-cülük qazandıqdan sonra millidəki futbolçulara Arif Erdemin əli ilə FETO tərəfindən pul mükafatı da verilib.

Yayılan məlumatlara əsasən, 2012-2013-cü illərdə keçmiş futbolçu ilə Fətullah Gülən arasında 289 dəfə telefon bağlantısı qurulub.

Qeyd edək ki, Arif Erdem bir neçə il əvvəl ölkəni tərk edib.

Əsas mövzular