Virus epidemiyası: Çin beş günə nəhəng xəstəxana tikəcək

© AP Photo / Mark SchiefelbeinПассажиры в медицинских масках в Гонконге, фото из архива
Пассажиры в медицинских масках в Гонконге, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni virusun yayılmasının qarşısını almaq üçün ən azı 10 şəhərə giriş-çıxış bağlanılıb. Bu o deməkdir ki, hazırda təcrid ərazisində 33 milyon insan var

BAKI, 24 yanvar — Sputnik. Çin yeni ölümcül koronavirus qurbanlarını müalicə etmək üçün beş gün içində 1000 çarpayılıq yeni xəstəxana inşa edir.

Sputnik Azərbaycan "Sky News" telekanalına istinadən xəbər verir ki, epidemiyanın mərkəzi olan Uhan şəhərində xəstəxana binasının inşası üçün iş başlayıb.

Çərşənbə axşamı gecə saatlarında 35 yerqazan maşın və 10 buldozer əraziyə göndərilib. Xəstəxananın bazar ertəsi hazır olacağı gözlənilir.

"Bu layihə mövcud tibbi resurs çatışmazlığını aradan qaldırmaq üçün nəzərdə tutulub. Bunlar yarımhazır binalar olduğu üçün onların tikintisi sürətli olacaq, həm də çox xərc tələb etməyəcək", - rəsmi "Changjiang Daily" qəzeti bildirib.

Çində yeni koronavirusdan ölənlərin sayı 26-ya, təsdiqlənmiş yoluxma hallarının sayı isə 880-a çatıb.

Yeni virusun yayılmasının qarşısını almaq üçün ən azı 10 şəhərə giriş-çıxış bağlanılıb. Bu o deməkdir ki, hazırda təcrid ərazisində 33 milyon insan var.

Xəbər lenti
0