01:13 21 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
8 0 0

Hadisənin dəqiq baş vermə səbəbi bilinmir. Lakin sakinlər qaz iyindən şikayətlənirlər. Hadisə yerində yanğın davam edir

BAKI, 24 yanvar — Sputnik. Texasın Hyuston şəhərində güclü partlayış baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə şəhər polisinin "Twitter" səhifəsində məlumat verilib.

Polislər sürücülərə partlayış yerindən kənar hərəkət etməyi məsləhət görüb.

Partlayışın video görüntüləri yayımlanıb. Görüntülərdə alovun havaya qalxması əks olunub, bundan sonra partlayış dalğası kameranı digər istiqamətə çevirir. Qeyd olunur ki, partlayışı hadisə yerindən bir neçə kilometr aralıda yaşayan şəxslər də hiss ediblər.

Hadisənin dəqiq baş vermə səbəbi bilinmir. Lakin sakinlər qaz iyindən şikayətlənirlər. Hadisə yerində yanğın davam edir. İnsident nəticəsində ən azı bir nəfər xəsarət alıb. Ölənlər barədə məlumat verilmir.

Əsas mövzular