Alman aktyor Trampı günahlandırdı

© Sputnik / Georgiy Kurolesin / Mediabanka keçidАктер Тиль Швайгер, фото из архива
Актер Тиль Швайгер, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onun sözlərinə görə, Amerika hökuməti təhlükəli saydığı üçün Almaniya və Rusiyanın yaxınlaşmasına qarşı çıxıb

BAKI, 24 yanvar — Sputnik. Alman aktyor və rejissor Til Şvayqer ABŞ Prezidenti Donald Trampı dözülməz adlandırıb.

Sputnik Azərbaycan xəbər verir ki, o, bu fikri "ZDF" televiziyasının efirində bildirib. Aktyorun fikrincə, Amerika prezidentinin formalaşmış "Amerika hər şeydən üstündür" prinsipi illərdir ölkənin siyasi elitasında dəstəklənən mövqeyini əks etdirir. Onun sözlərinə görə, Amerika hökuməti təhlükəli saydığı üçün Almaniya və Rusiyanın yaxınlaşmasına qarşı çıxıb.

Til Şvayqer 1963-cü il dekabrın 19-da Frayburq şəhərində anadan olub. O, 1997-ci ildə "Səmanın qapılarını döymək" filmində canlandırdığı Tomas Yan obrazına görə Moskva Beynəlxalq Kinofestivalında mükafata layiq görülüb. Aktor həmçinin "Qırmızı Baron", "Bir istiqamətdə", "Şərəfsiz əclaflar" filmində rol alıb.

Xəbər lenti
0