Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Çin, Fransa və BMT Putinin təklifini dəstəklədilər

© AFP 2023 / DON EMMERTBMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli
BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Putinin sözlərinə görə, Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniya sivilizasiyanın qorunması üçün xüsusi məsuliyyət daşıyırlar

BAKI, 24 yanvar — Sputnik. Çin Rusiya Prezidenti Vladimir Putinin BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitini keçirmək təklifini dəstəkləyir. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunying deyib

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Putin beşinci Ümumdünya Holokost Forumu ərəfəsində çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin dövlət başçılarının görüşünün keçirilməsi ideyasını irəli sürüb. Onun sözlərinə görə, Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniya sivilizasiyanın qorunması üçün xüsusi məsuliyyət daşıyırlar.

"Biz Rusiya və Təhlükəsizlik Şurasının digər daimi üzvləri ilə bu məsələ ilə bağlı əlaqələri və koordinasiyasını davam etdirməyə hazırıq", - Hua Çunying deyib.

Президент РФ Владимир Путин выступает на церемонии открытия памятника жителям и защитникам блокадного Ленинграда Свеча памяти на территории парка Сакер в Иерусалиме - Sputnik Azərbaycan
RUSİYA
Putin hazırkı və gələcək siyasətçilərin vəzifələrindən danışdı

Diplomat Təhlükəsizlik Şurasının beynəlxalq kollektiv təhlükəsizlik mexanizminin əsasını təşkil etdiyini və onun beş daimi üzvünün beynəlxalq sülhü qorumaq üçün xüsusi bir məsuliyyət daşıdığını vurğulayıb.

"Beynəlxalq aləmdəki mövcud vəziyyət qeyri-sabitliyin və qeyri-müəyyənliyin artması ilə xarakterizə olunur. Kəskin regional məsələlər bir-birinin ardınca ortaya çıxır, çoxtərəflilik və BMT-nin fəaliyyəti ciddi problemlərlə üzləşir", - Hua Çunying əlavə edib.

O xatırladıb ki, bu il dünya faşizm üzərində Qələbənin və BMT-nin yaranmasının 75 illiyini qeyd edir, buna görə də Təhlükəsizlik Şurasının beş daimi üzvünün təmasları, onların koordinasiyasının və əməkdaşlığının güclənməsi müharibədən sonrakı dünya nizamının saxlanılmasında, BMT və Təhlükəsizlik Şurasının nüfuzunun qorunmasında, eləcə də qlobal və regional sabitliyin qorunmasında çox böyük əhəmiyyətə malikdir.

Bununla yanaşı, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsünü şərh edərkən BMT baş katibinin sözçüsünün müavini Fərhan Haq RİA Novosti-yə bildirib ki, BMT Təhlükəsizlik Şurasının beş ölkəsinin nümayəndələri arasında müzakirələrin aparılmasına yönəlmiş istənilən səyləri alqışlayır.

"BMT prinsipcə bütün üzv dövlətlər arasında dostluq münasibətlərini təşviq edir. Buna görə də əlbəttə ki, Təhlükəsizlik Şurasının beş daimi üzvü arasındakı müzakirələri asanlaşdırmağa yönəlmiş hər bir səy alqışlanır", - Fərhan Haq deyib.

Bununla yanaşı, Qüdsdə çıxış edən Fransa Prezidenti Emmanuel Makron Putinin BMT-nin təsisçisi olan beş ölkənin dünyadakı vəziyyətə görə xüsusi məsuliyyət daşıdığına dair fikri ilə razı olduğunu və görüş keçirmək təşəbbüsünü dəstəklədiyini deyib.

Xəbər lenti
0