Vəziyyət gərginləşir: Çin 11 milyon nəfərin yaşadığı şəhəri bağladı

© REUTERS / Jason LeeÇində vəziyyət
Çində vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Uhanın bütün ictimai nəqliyyatı və bu şəhərdən həyata keçirilən aviareyslər dayandırılır. Şəhər polisi ölkənin aparıcı şoselərində patrul nəzarəti həyata keçirir

BAKI, 23 yanvar — Sputnik. Çin rəhbərliyi yeni koronovirusun episentri olaraq qəbul edilən 11 milyon insanın yaşadığı Uhan şəhərinə giriş-çıxışı bağlayıb. Sputnik Azərbaycan Reuters-ə istinadən xəbər verir ki, ölkə rəhbərliyi bu addımı virusun qlobal pandemiyaya keçməməsi üçün atır.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Çindən gələn virus Gömrük Komitəsini hərəkətə keçirdi

Ölkə səhiyyə sisteminin rəsmiləri ehtiyat edir ki, şənbə günü Çində Yeni ilin başlaması və bir həftə davam edəcək bayram günləri ilə bağlı bu virusa yoluxanların sayı kəskin şəkildə arta bilər. Çünki Yeni illə əlaqədar yüz milyonlarla çinli xaricdən və ölkə daxilindən öz doğulduğu şəhərlərə geri qayıdacaq.

Uhanın yerli rəhbərliyi bəyan edib ki, cümə axşamı yerli vaxtla saat 10:00-dan etibarən şəhərin bütün ictimai nəqliyyatı və bu şəhərdən həyata keçirilən aviareyslər dayandırılır. Şəhər polisi ölkənin aparıcı şoselərində patrul nəzarəti həyata keçirir. Hələlik şəhər rəhbərliyinin qərarı şəxsi avtomobillərə şamil olunmur. Bundan əlavə, şəhərdəki yanacaqdoldurma məntəqələrdə böyük növbələr yaranıb.

Rəhbərlik xüsusi ehtiyac olmadan əhalini şəhəri tərk etməməyə çağırır. Hesab olunur ki, virusun yeni ştampı ötən ilin sonunda Çinin Uhan şəhərinin mərkəzi bazarında qanunsuz vəhşi heyvan ticarəti nəticəsində yaranıb.

Xatırladaq ki, ən son məlumatlara görə, Çində koronovirusun yayılması nəticəsində 17 nəfər ölüb, 600-ə yaxın şəxs isə bu xəstəliyə yoluxub.

Xəbər lenti
0