“Avropa İttifaqı öhdəliklərini yerinə yetirmədi” – Çavuşoğlu

© REUTERS / Alp Eren KayaMevlüt Çavuşoğlu
Mevlüt Çavuşoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Çavuşoğlu vurğulayıb ki, Almaniya Kansleri Angela Merkel qaçqınlarla bağlı sazişin imzalanmasında böyük rol oynayıb və bu da bəzi Avropa İttifaqı ölkələrində qısqanclığa səbəb olub.

BAKI, 23 yanvar — Sputnik. Avropa İttifaqı (Aİ) Suriyada vətəndaş müharibəsinin başlamasından sonra qaçqınlarla bağlı məsələlərin həlli üçün Ankaraya söz verdiyi 6 milyard avronun yarısını belə ödəməyib.

Французский экс-президент Николя Саркози во время открытия предвыборной кампании во Франции - Sputnik Azərbaycan
Sarkozinin qəfil Türkiyə sevgisi: istəyirəm, üçlük olsun

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyanın "Bild" nəşrinə müsahibəsində ölkəsi ilə Aİ əlaqələrində hazırkı durumu dəyərləndirərkən bildirib.

Çavuşoğlu vurğulayıb ki, Almaniya Kansleri Angela Merkel qaçqınlarla bağlı sazişin imzalanmasında böyük rol oynayıb və bu da bəzi Avropa İttifaqı ölkələrində qısqanclığa səbəb olub.

Almaniyanın miqrantlarla bağlı sazişi dəstəklədiyini xatırladan Çavuşoğlu vurğulayıb ki, bu razılaşma nəticəsində Avropaya qeyri-qanuni yolla keçən insanların sayı kəskin şəkildə azalıb: "Razılaşmaya qədər hər gün 7000-dən çox miqrant Türkiyədən Yunanıstana keçirdisə, sazişin imzalanmasından sonra gündəlik olaraq 57 nəfər Yunanıstana məxsus adalara daxil olur".

O, həmçinin xatırladıb ki, bəzi Mərkəzi və Şərqi Avropa ölkələri miqrantları qəbul etmək istəmədi və bununla da Almaniyanı pis vəziyyətə qoydu.

Çavuşoğlu vurğulayıb ki, öhdəliklərin yerinə yetirilməməsinə baxmayaraq, Türkiyə Avropa İttifaqı ilə imzalanan razılaşmaya sadiqdir.

Xəbər lenti
0