Ankara səhəri zəlzələ ilə açdı

Abunə olmaq
Ankara valisi Vasip Şahin öz "Twitter" hesabında yazdığı açıqlamada zəlzələ zamanı tələfatın və mal itkisinin olmadığnı qeyd edib.

BAKI, 23 yanvar – Sputnik. Ankarada ard-arda 3 zəlzələ baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəlzələ zamanı tələfat olmayıb.

Məlumata görə, ilk zəlzələ saat 06.42 də Akyurt vilayətində, 3,8 bal gücündə baş verib. Bu zəlzələdən sonra eyni bölgədə 4,5 bal gücündə, saat 07.08 isə 3,2 bal gücündə zəlzələ baş verib.

Ankara valisi Vasip Şahin də öz "Twitter" hesabında yazdığı açıqlamada zəlzələ zamanı tələfatın və mal itkisinin olmadığnı qeyd edib.

Xəbər lenti
0