04:31 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
19 0 0

Vaşinqtonun nüvə razılaşmasından çıxmasına və sanksiyaları bərpa etməsinə cavab olaraq İran 2018-ci ildən mərhələli şəkildə öz öhdəliklərini yerinə yetirməməyə başlayıb

BAKI, 22 yanvar — Sputnik. İran heç vaxt nüvə silahı əldə etməyə cəhd göstərməyəcək. Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani bildirib.

"Biz heç vaxt nüvə silahı əldə etməyə cəhd göstərməmişik... Nüvə razılaşmalı və razılaşmasız biz heç vaxt nüvə silahı hazırlamağa cəhd etməyəcəyik... Avropa dövlətləri razılaşmanın pozulması ilə bağlı yaranacaq nəticələrə görə məsuliyyət daşıyacaq", - deyən Ruhani Avropa dövlətlərini Vaşinqtonun 2015-ci ildə nüvə sazişindən çıxmaqla etdiyi səhvi təkrarlamamağa çağırıb.

Qeyd edək ki, Vaşinqtonun nüvə razılaşmasından çıxmasına və sanksiyaları bərpa etməsinə cavab olaraq İran 2018-ci ildən mərhələli şəkildə öz öhdəliklərini yerinə yetirməməyə başlayıb. Ruhani bildirib ki, İran razılaşmaya sadiqdir və əgər razılaşmanın digər üzvləri öz öhdəliklərini yerinə yetirsə, onda Tehran geri addım ata bilər.

Əlaqədar

Putin: "Ciddi söhbət etməyin vaxtı çatıb"
Non-qrata nazirliyi: Pentaqonu İraqda "kiçik raket zərbələri" narahat edir
Tramp əsəbiləşdi: "İranın hansı addım atacağı məni narahat etmir"
İrana görə ABŞ-la danışıqlara hazırıq – Rəsmi Moskva

Əsas mövzular