SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İrandan Səudiyyə Ərəbistanına gözlənilməz təklif – Bölgədə vəziyyət dəyişəcək

© AFP 2023Девушка на фоне граффити в Тегеране
Девушка на фоне граффити в Тегеране  - Sputnik Azərbaycan
Abunə olmaq
İran və onun qonşusu Səudiyyə Ərəbistanın münasibətləri Tehran və Vaşinqton arasında olan münasibətlər kimi olmamalıdır.

BAKI, 22 yanvar — Sputnik. İran və onun regional rəqibi Səudiyyə Ərəbistanı problemləri həll etmək üçün birlikdə çalışmalıdır. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bunu İran Prezidentinin Administrasiyanın rəhbəri Mahmud Vaezi bildirib.

"İran və onun qonşusu Səudiyyə Ərəbistanın münasibətləri Tehran və Vaşinqton arasında olan münasibətlər kimi olmamalıdır... Öz problemlərini həll etmək üçün Tehran və ər-Riyad birgə işləməlidir", - deyə Vaezi vurğulayıb.

Ər-Riyad şəhəri - Sputnik Azərbaycan
Səudilər də işə qarışdılar – Müharibəyə imkan verməyəcəyik

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamenei və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını, 11 hərbçinin xəsarət aldığını bildirib.

Xəbər lenti
0