Qaşıqçı cinayəti və “Amazon”: Onları nə bağlayır?

© Photo : Xədicə Cengizin şəxsi arxivindənCamal Qaşıqçı nişanlısı Xədicə Cengiz ilə
Camal Qaşıqçı nişanlısı Xədicə Cengiz ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Mənbələrin dediyinə görə, 2018-ci ilin mayında Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın nömrəsindən “WhatsApp” vasitəsilə Bezosun telefonuna ziyan verici fayl göndərilib

BAKI, 22 yanvar — Sputnik. “Amazon” şirkətinin və “Washington Post” qəzetinin sahibi, milyarder Ceff Bezosun mobil telefonu Səudiyyə Ərəbistanı tərəfindən haker hücumuna məruz qalıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı “Guardian” nəşri mənbələrə istinadən yayıb.

Mənbələrin dediyinə görə, 2018-ci ilin mayında Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın nömrəsindən “WhatsApp” vasitəsilə Bezosun telefonuna ziyan verici fayl göndərilərək amerikalı milyarderin mobil cihazına haker hücumu həyata keçirilib.

 Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
Çavuşoğlu Səudiyyə Ərəbistanı ilə olan problemi açıqladı

Səudiyyə Ərəbistanı artıq bu ittihamlara reaksiya verərək onları “absurd” adlandırıb.

“Mediada son zamanlar Ceff Bezosun telefonunun sındırılmasının arxasında Səudiyyə Ərəbistanının dayandığına dair yayılan məlumatlar absurddur. Bütün faktları əldə etmək üçün bu iddiaları araşdırmağa çağırırıq”, – Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyi tvitində deyib.

“Guardian” nəşrinin bir müddət öncə məsələ ilə bağlı irəli sürdüyü bir sıra fərziyyələrə görə, Bezosun telefonunun haker hücumunda sındırılması onun şəxsi məlumatlarının və yazışmalarının fraqmentlərinin doqquz ay sonra Amerikanın “National Enquirer” tabloidinin əlinə düşməsi, eləcə də “Washington Post” qəzetinin jurnalisti Camal Qaşıqçının öldürülməsi ilə əlaqəlidir.

Keçən il yanvarın əvvəlində Bezos və həyat yoldaşı Makenzinin 25 illik evlilikdən sonra boşanmaları haqqında məlumat yayılıb. Medianın yaydığı xəbərlərə görə, Bezos “National Enquirer” tabloidinin onunla keçmiş televiziya aparıcısı Loren Sançez arasında olan romantik əlaqə ilə bağlı jurnalist “araşdırması” apardığına dair məlumat əldə edib.

“National Enquirer” isə bildirib ki, Bezosun Makenzi ilə boşanması barədə ictimaiyyətə elan verilməsindən 48 saat əvvəl tabloidin nümayəndələri “Amazon” şirkətinin sahibi ilə əlaqə saxlayaraq onun haqqında toplanmış dosye haqqında ona məlumat veriblər.

İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif  - Sputnik Azərbaycan
Zərifdən sensasion çıxış - Səudiyyə Ərəbistanına getməyə hazıram

Bezos bir müddət öncə açıq şəkildə çox sayda düşməninin olduğunu bildirib. Xüsusilə, onun sözlərinə görə, “bəzi dairələrdə” ona məxsus “Washington Post” qəzetinin jurnalist Camal Qaşıqçının qətlini necə işıqlandırmasından narazı olanlar var idi. Xatırladaq ki, jurnalistin qətlində Səudiyyə Ərəbistanı günahkar bilinir.

Bundan əlavə, Bezosu şəxsən dəfələrlə tənqid etmiş Prezident Donald Trampın “National Enquirer” tabloidinin naşiri ilə dost olduğu məlumdur. Tramp özü tabloidin Bezosla bağlı araşdırması haqqında heç bir şey bilmədiyini deyib.

2017-ci ildən ABŞ-da yaşayan Camal Qaşıqçı “Washington Post” qəzetinin icmalçısı idi. O, 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğuna girdikdən sonra itkin düşüb. Oktyabrın 20-nə keçən gecə Səudiyyə Ərəbistanının dövlət mediası ölkənin baş prokuroruna istinadən xəbər yayıb ki, Qaşıqçı konsulluq işçiləri ilə mübahisə nəticəsində ölüb.

Xəbər lenti
0