Türkiyədə böyük əməliyyat – Beş minə yaxın adam tutuldu

© AFP 2023 / OZAN KOSETürk polisi, arxiv şəkli
Türk polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyatların keçirildiyi ünvanlarda sənədi olmayan 54 tapança və tüfəng, həmçinin 87 min 51 türk lirəsi də müsadirə olunub

BAKI, 21 yanvar — Sputnik. Türkiyədə son bir həftə ərzində 77 vilayətdə küçə satıcılarına qarşı həyata keçirilən narkotik əməliyyatlarında 4 min 621 nəfər tutulub. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Ümumilikdə Türkiyə polisi tərəfindən həyata keçirilən əməliyyat zamanı 413 kiloqram marixuana, 197 kiloqram heroin, 10 kiloqram, 500 qram metamfetamin, 1 kiloqram bonzai və 46 min 469 narkotik həb ələ keçirilib.

Bundan əlavə, əməliyyatların keçirildiyi ünvanlarda sənədi olmayan 54 tapança və tüfəng, həmçinin 87 min 51 türk lirəsi də müsadirə olunub.

 

Xəbər lenti
0