10:09 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
16 0 0

Ermənistanın sabiq prezidenti Jurnalistlərin həmin anın nə vaxt çatacağına dair sualını isə cavabsız qoyub.

BAKI, 20 yanvar — Sputnik. Ermənistanın sabiq Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq rəhbəri Qerqi Kutayanın dəfn mərasimində jurnalistlər sabiq prezident Serj Sarqsyanla danışmaq istəyiblər. Sputnik Ermənistan xəbər verir ki, sabiq prezident jurnalistlərinin suallarını cavablandırmaqdan imtina edib.

"Xahiş edirəm, məni rahat buraxın. Vaxtı gələndə, mən sizi maraqlandıran bütün sualları cavablandıracağam", - deyə Sarqsyan vurğulayıb.

Jurnalistlərin həmin anın nə vaxt çatacağına dair sualını isə Sarqsyan cavabsız qoyub.

Qeyd edək ki, yanvarın 17-i Yerevanda, evlərdən birində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq rəhbəri Qeorqi Kutayanın cəsədi tapılıb. Belə ki, paytaxtın Paruyr Sevakın küçəsində yerləşən evlərdən birində aşkarlanan cəsədin üzərində güllə yarası aşkarlanıb.

Hazırda hadisə yerində Ermənistan İstintaq Komitəsinin rəhbərinin müavini Artur Melikyan, həmçinin İstintaq Komitəsinin xüsusi önəmli işlər üzrə idarəsinin rəis müavini işləyir.

Bəzi KİV-in məlumatına görə, Kutoyan özünə qəsd edib.

Xatırladaq ki, Kutoyan 2016-cı ilin fevralından 2018-ci ilin mayına qədər Ermənistan MTX-a rəhbərlik edib. Onu bu vəzifə "Məxmər inqilabı"ndan sonra Artur Vanetsyan əvəzləyib.

Əsas mövzular