Trampdan "doğuş turizmi"nə zərbə – viza verilməsi qaydaları sərtləşdiriləcək

CC BY 2.0 / AIR FORCE ONE / VİSAВиза в США, фото из архива
Виза в США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatlarda dünyaya uşaq gətirən əcnəbi qadınlar avtomatik olaraq Amerika vətəndaşlığı alırlar. Doğum hüququ əsasında vətəndaşlığın verilməsi ABŞ Konstitusiyasının 14-cü düzəlişi ilə təmin edilir.

BAKI, 20 yanvar — Sputnik. Ağ Ev dünyaya uşaq gətirmək üçün ABŞ-a gələn əcnəbi qadınlara viza verilməsi qaydalarını sərtləşdirməyi planlaşdırır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Axios" portalı prezident administrasiyasının nümayəndələrinə istinadən yayıb.

Bildirilir ki, Birləşmiş Ştatlarda dünyaya uşaq gətirən əcnəbi qadınlar avtomatik olaraq Amerika vətəndaşlığı alırlar. Doğum hüququ əsasında vətəndaşlığın verilməsi ABŞ Konstitusiyasının 14-cü düzəlişi ilə təmin edilir.

Prezident Donald Tramp Konstitusiyanın bu müddəasını "gülünc" adlandırıb.

"Dəyişikliklər milli təhlükəsizlik məsələlərini və "doğuş turizmi" ilə əlaqəli hüquq-mühafizə risklərini, məsələn, bu sahədəki cinayətkarlıq fəaliyyəti ilə əlaqədar məsələləri həll etməyə kömək edəcək", - Ağ Evdəki mənbə deyib.

Onun sözlərinə görə, turizm və biznes məqsədləri ilə qısa müddətli giriş üçün müraciət edənlərə "B" tipli vizaların verilməsi qaydaları dəyişəcək.

Dövlət Departamentinin əməkdaşları ərizəçinin uşağına vətəndaşlıq almaq üçün ölkəyə girməyi planlaşdırdığını düşünsələr, sənədi verməkdən imtina edə biləcəklər. Tramp administrasiyasında düşünürlər ki, viza verilməsi üzrə mütəxəssislər belə bir niyyəti olan şəxsləri aşkar etmək üçün kifayət qədər peşəkardırlar.

Tramp administrasiyasına yaxın olan İmmiqrasiya Araşdırma Mərkəzinin məlumatına görə, ABŞ-da hər il təxminən 33 min əcnəbi uşaq dünyaya gəlir.

Xəbər lenti
0