18:06 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
22 0 0

Ötən il Çində baş verən təbii fəlakətlərdə 909 nəfər ölüb və ya itkin düşüb, 5 milyon 286 min sakin daha təhlükəsiz yerlərə təxliyə edilib.

BAKI, 19 yanvar - Sputnik. Çində ötən il baş vermiş qasırğa, daşqın, sel, quraqlıq, zəlzələ, meşə yanğınları, güclü külək və yağış, şaxta da daxil olmaqla müxtəlif təbii fəlakətlərdən, ümumilikdə 130 milyon nəfər əziyyət çəkib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin hesabatında qeyd olunur. Ötən il Çində baş verən təbii fəlakətlərdə 909 nəfər ölüb və ya itkin düşüb, 5 milyon 286 min sakin daha təhlükəsiz yerlərə təxliyə edilib. Bundan başqa, 126 min tikili dağılıb, 284 min tikiliyə isə ciddi ziyan dəyib. Bildirilir ki, ötən il 19,25 milyon hektar əkin sahəsi təbii fəlakətlərdən ziyan görüb.

Ümumi iqtisadi zərər 327 milyard yuan (47,5 milyard ABŞ dolları) olub.

Əsas mövzular