Sığınacaqdakı pişiyi dietaya otuzdurublar: çəkisi on kilo artıqdır

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidВыставки "КоШарики Шоу" и "KOT da VINCI - 10" в Москве
Выставки КоШарики Шоу и KOT da VINCI - 10 в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Pişiyi bu sığınacağa təkcə onu xüsusi pəhrizə oturtmaq üçün deyil, həm də ona yeni sahib tapmaq üçün gətiriblər. Pişiyin əvvəlki sahibi vəfat edib

BAKI, 19 yanvar — Sputnik. Şimali Karolinada pişik Bazukanı çətin sınaq gözləyir. O, 10 kq artıq çəkidən azad olmalıdır. Hazırda pişiyin çəkisi 16 kq-dır.

Sputnik Azərbaycan bildirir ki, beş yaşlı yaraşıqlı pişiyin sağlamlığı uğrunda ştatdakı heyvan sığınacaqlarından biri mübarizə aparacaq. Pişiyi bu sığınacağa təkcə onu xüsusi pəhrizə oturtmaq üçün deyil, həm də ona yeni sahib tapmaq üçün gətiriblər. Pişiyin əvvəlki sahibi vəfat edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от SPCA of Wake County (@spcaofwakecounty)

Bazuka əvvəllər yaddaşsızlıq problemi olan yaşlı adamın yanında yaşayıb. Veterinarların sözlərinə görə, sahibi pişiyə yemək verib-vermədiyini tez-tez unutduğundan, onu təkrar-təkrar yedizdirirmiş. Bu səbəbdən də Bazuka tez-tez ikiqat və üçqat pay yeyib. Nəticədə normadan 3 dəfə artıq çəki yığıb.

Xəbər lenti
0