İllərlə uzatdığı saqqalı min yeddi yüz dollara satışa çıxardı

CC0 / rawpixel / BeardМужчина с бородой, фото из архива
Мужчина с бородой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
28 yaşlı gənc satışdan əldə etdiyi gəlirdən əsgərlik xərclərinin bir qismini qarşılayacağı ilə yanaşı, aktyor dostu olan bir şəxsə kömək edəcəyini də bildirib

BAKI, 19 yanvar — Sputnik. Türkiyənin Malatya şəhərində yaşayan 28 yaşlı Abdullah Özkaya 10 ildir ki, uzatdığı 42 santimetr uzunluğunda olan saqqalını satışa çıxarıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o, saqqalını 10 min TL, yəni 1700 dollara satışa çıxarıb. Özkaya saqqalını alan şəxsə 60 santimetr uzunluğunda olan saçını da hədiyyə edəcəyini bildirib.

​Özkaya deyib ki, 10 ildir ki, saqqalına xüsusi qulluq edir. Bunun üçün o, xüsusi maskalardan da istifadə edib. 28 yaşlı gənc satışdan əldə etdiyi gəlirdən əsgərlik xərclərinin bir qismini qarşılayacağı ilə yanaşı, aktyor dostu olan bir şəxsə kömək edəcəyini də bildirib.

A.Özkaya satıcı tapa bilməzsə, bu zaman saqqal və saçını Uşaqların Sağlamlıq və Təhsil Vəqfinə bağışlayacağını bildirib.

Xəbər lenti
0