03:10 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
12210

"Hersoq və hersoginya bundan belə "əlahəzrət" adlandırılmayacaqlar, çünki daha kral ailəsinin üzvləri sayılmayacaqlar"

BAKI, 18 yanvar — Sputnik. Sasseksin hersoqu və hersoginyası Şahzadə Harri və Meqan Markl bu ilin yazından etibarən öz titullarını itirəcəklər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bukingem satrayının yaydığı məlumatda deyilir.

"Hersoq və hersoginya bundan belə "əlahəzrət" adlandırılmayacaqlar, çünki daha kral ailəsinin üzvləri sayılmayacaqlar", - məlumatda qeyd olunub.

Həmçinin onlar dövlət vəsaitlərindən məhrum ediliblər.

Bukingem sarayından eləcə də bildiriblər ki, Meqanla Harri Froqmor kotecinin təmirinə sərf etdikləri pulu da xəzinəyə qaytarmaq niyyətindədirlər. Bu evdə onlar Böyük Britaniyada olduqları müddətdə yaşayacaqlar. Təmir vergi ödəyicilərinə 2.5 milyon funt-sterlinqə başa gəlib.

Yanvarın 8-də Şahzadə Harri və xanımı Meqan Markl bəyan etmişdilər ki, statuslarına görə onlara düşən maliyyə imtiyazlarından imtina edirlər və sərbəst pul qazanmaq fikrindədirlər, ancaq eyni zamanda kral ailəsi üzvlərinin öhdəliklərini yerinə yetirməyə davam edəcəklər. Bundan başqa, cütlük bildirib ki, onlar həm Böyük Britaniyada, həm də Amerikanın şimalında yaşayacaqlar. Bazar ertəsi kraliçanın şəhərdən kənardakı Norfolk qəsrində şahzadə onun kral ailəsinin yüksək çinli üzvlərinin sıralarını tərk etməsinə dair qərarından narazı olan qohumlarının suallarını cavablandırıb.

Əlaqədar

Kraliça II Elizabet "çox kədərlənib" – nəvəsinin qərarına görə
Dünyanın gözü ondadır - Meqanın atası məhkəmədə ifadə verə bilər
Taxtdan imtina edəndən sonra adi adam kimi geyindi - FOTO
Şahzadə Harri arvadı üçün iş istəyib - VİDEO
Şahzadə Harri ilə xanımı ada ilə qitə arasında qalacaqlar

Əsas mövzular