13:21 26 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
47 0 0

Cenevrəli ekspertin fikrincə, ABŞ Prezidenti Donald Tramp prezident seçkiləri öncəsi mövqeyini gücləndirmək üçün iranlı general Qasım Süleymaninin məhvinə göstəriş verə bilərdi

BAKI, 18 yanvar — Sputnik. ABŞ Prezidenti Donald Tramp prezident seçkiləri öncəsi öz mövqeyini gücləndirmək üçün iranlı general Qasım Süleymaninin öldürülməsini əmr edə bilərdi. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu RİA Novosti-yə müsahibəsində Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin Silahlanmanın yayılması bölməsinin rəhbəri Mark Fino deyib.

"Bəli, sözsüz ki, belə vəziyyətdə daxili işlər mühüm rol oynayır. Xüsusilə də əgər söhbət ABŞ-dan və Tramp kimi bir prezidentdən gedirsə. Bunu xüsusilə də təkcə İran tərəfinə qarşı deyil, həm də demokratlara və Barak Obamaya qarşı kütləvi təbliğat və ictimai ittihamlardan sonra ölkədəki daxili vəziyyətdən ayırmaq çox çətindir. Tamamilə aydındır ki, bu, xarici və daxili siyasətin qarışığıdır", - deyə Fino bildirib.

Onun sözlərinə görə, Süleymaninin öldürülməsi ABŞ-da daim müzakirə olunurdu, lakin Obama administrasiyası dövründə bu variant Trampın dövründə də dəfələrlə olduğu kimi rədd edilib. Bu, həm də mümkün nəticələrinə görə rədd edilirdi.

"Və Trampa Bağdaddakı ABŞ səfirliyinə edilən hücumlara cavab vermə imkanı verildiyi zaman, bu seçim istisna edilmədi. Ancaq hərbçilər Trampın bu cür radikal variantı seçəcəyini düşünməmişdilər. Amma o, bu variantı seçdi, çünki, birincisi, bu, ona güclü bir lider kimi görünməyə kömək edəcəkdi. İkincisi, bu, potensial nəticələri öyrənmək istəməmək arzusundan irəli gəlirdi. Odur ki, mən burada heç bir rasional davranış görmürəm", - Fino əlavə edib.

Yaxın Şərqdəki vəziyyət son həftələrdə kəskin şəkildə pisləşib. Vaşinqtonun Tehranı günahlandırdığı ABŞ-ın İraqdakı səfirliyinə edilən hücumdan sonra ABŞ ordusu İraqda olan iranlı general Qasım Süleymanini İraqın şiə qoşunlarının komandir müavini Əbu Mehdi əl-Mühəndislə birlikdə məhv edib. İran buna cavab olaraq Amerika hərbçilərinin yerləşdiyi İraqdakı bazalara zərbələr endirib. İraq parlamenti Süleymaninin öldürülməsindən sonra xarici qoşunların ölkədən çıxarılmasına çağırış edib.

Əlaqədar

İran Amerikaya “ikinci Vyetnam” vəd etdi
İŞİD Süleymaninin öldürülməsini alqışladı: "İlahi müdaxilə" idi
Sirlər açılır: Süleymani vurulandan sonra ABŞ və İran gizli danışıqlar aparıb
Region sürətlə dəyişir – Şiə qruplaşmaları ilk dəfə ABŞ-a qarşı birləşdi
Non-qrata nazirliyi: Pentaqonu İraqda "kiçik raket zərbələri" narahat edir

Əsas mövzular