11:25 27 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
32 0 0

Sosial şəbəkə istifadəçiləri Meqan Marklın ailə həyatı qurana qədər geyindiyi kimi geyinməsinə çox sevinib.

BAKI, 16 yanvar — Sputnik. Kral ailəsini tərk edən Meqan Markl hamı kimi geyinməyə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, onun fotoları şahzadə imtiyazlarından imtina etdikdən sonra ilk dəfə olaraq yayımlanıb.

Paparasilər hersoginyanı Kanadada Viktoriya hava limanı yolunda çəkib. Onun əynində süni xəzdən astarı olan xaki rəngli gödəkcə, tünd-göy rəngli cins, qara şərf və le Chameau Jameson brendindən olan uzunboğaz çəkmə olub. Hazırda bu ayaqqabı brendin saytında 30 min rubla (830 manat) satılır.

View this post on Instagram

With HIM on our side we are in the majority. . .. .. . ⛔Derogatory/hateful/rude commenters will be permanently BLOCKED ⛔

A post shared by Meghan & Harry News (@meghan_harry_news) on

Sosial şəbəkə istifadəçiləri Meqan Marklın ailə həyatı qurana qədər geyindiyi kimi geyinməsinə çox sevinib. "Onun hersoginya deyil, hamı kimi geyinməsi mənim xoşuma gəlir", "O necə də sadədir, Harri kimi, mən də hər zaman onların böyük pərəstişkarı olmuşam" – deyə onlar yazıblar.

"Bu onun son zamanlar olan ən yaxşı obrazıdır. O sakit və xoşbəxt görünür" – deyə başqası əlavə edib.

Yanvarın 14-də isə şahzadə Harrinin həyat yoldaşı Vankuverdə qadın böhran mərkəzini ziyarət edib. Mərkəzin nümayəndələri ilə görüş zamanı o The Row brendindən bej rəngli toxunma köynək geyinib. Brendin saytında köynəyin qiyməti 145 min rubl (4000 manat) olub.

Yanvar ayında jurnalistlər kral ailəsində Meqan Marklın geyimlərinin qiymətini hesablayıb. Müəyyən edilib ki, hersoginya toyundan bu günə qədər 2 milyon 200 min manat pul xərcləyib.

Qeyd edək ki, yanvarın 8-də Harri və Meqan Markl kral ailəsi rütbəsindən imtina edib. Cütlük kral ailəsini rəsmi tədbirlərdə təmsil edə bilməyəcək.

Əsas mövzular