SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türklər Liviyadakılara dərs keçməyə hazırlaşırlar

© REUTERS / Esam Al-FetoriЛивийские демонстранты во время демонстрации против решения турецкого парламента направить турецкие войска в Ливию
Ливийские демонстранты во время демонстрации против решения турецкого парламента направить турецкие войска в Ливию - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə lideri vurğulayıb ki, Ankara "hücumları dayandırmayacağı təqdirdə, Haftara lazımi dərsi verməyə hazırdır".

BAKI, 15 yanvar — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun (LMO) komandanı Xəlifə Haftarın barışıq haqqında sazişi imzalamamasına baxmayaraq Liviya üzrə Moskvada keçirilən danışıqları "olduqca səmərəli" adlandırıb. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Əvvəlcə Haftar "hə" dedi, sonra "yox" dedi və çox təəssüflər olsun ki, imzalamadan Moskvanı tərk etdi. Bizim həmkarlarımız sənədə öz imzalarını atdı, biz öz işimizi yerinə yetirdik, yerdə qalan isə cənab Putinin meydanındadır", - deyə Ərdoğan bildirib.

Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган во время встречи - Sputnik Azərbaycan
Öncə Suriya, sonra Türkiyə: Putin və Ərdoğan nələri müzakirə edəcəklər

Ərdoğan bildirib ki, buna baxmayaraq o, yanvarın 19-u Berlində Liviya üzrə konfransda iştirak etməyə hazırdır.

Onun sözlərinə görə, Liviyada vəziyyətin öyrənilməsi üzrə görüşdə Almaniya, Rusiya, İtaliya, BƏƏ və ABŞ nümayəndələri iştirak edəcəklər.

Ərdoğan, həmçinin vurğulayıb ki, Ankara "hücumları dayandırmayacağı təqdirdə, Haftara lazımi dərsi verməyə hazırdır".

Qeyd edək ki, 2011-ci ildə ABŞ və NATO-nun rəhbərliyi altında beynəlxalq koalisiya Liviyada əməliyyat keçirib. Əməliyyat nəticəsində Liviyada 40 ildən çox mövcud olan rejim devrilib.

Bundan sonra ölkədə dərin böhran başlayıb. Ölkənin şərqində, Tobruk şəhərində xalq tərəfindən seçilən parlament mövqe tutub. Onu Haftarın rəhbəri olduğu LMO dəstəkləyir. Ölkənin qərbində, Tripolidə isə BMT və Avropa İttifaqı tərəfindən dəstəklənən Milli Birlik Hökuməti (Fayez Sarracın rəhbərlik etdiyi) fəaliyyət göstərir.

İlqar Vəlizadə  - Sputnik Azərbaycan
Liviya böhranının hansı nəticələri ola bilər – politoloq şərhi

Ölkədə iki hakimiyyətlilik və təhlükəsizlik sisteminin çökməsi ölkədə silahlı üsyançıların və terror təşkilatlarının aktivliyini artırması ilə nəticələnib. Mərkəzləşmiş hakimiyyət və vahid ordunun olmaması nəticəsində Liviya qaçaqmalçılıq, həmçinin Afrikadan Avropaya qanunsuz miqrant axınının başlanğıc nöqtəsinə çevrilib.

2019-cu ilin aprelin 4-də Haftar "terrorçulardan azad etmək üçün" Tripoliyə hücuma başlayıb. Buna cavab olaraq hökumətə loyal silahlı qruplaşmalar "Qəzəb vulkanı" əməliyyatına başladıqlarını elan ediblər. Son bir neçə ayda davam edən toqquşmalar nəticəsində yüzlərlə adam ölüb, minlərlə insan yaralanıb.

Xəbər lenti
0