Moskva Vaşinqtonla Tehran arasında dialoqa yardım etməyə hazırdır, amma şərti var

© AFP 2023Девушка на фоне граффити в Тегеране
Девушка на фоне граффити в Тегеране  - Sputnik Azərbaycan
Abunə olmaq
Gərginliyin azaldılması üçün Birləşmiş Ştatlar və İran arasında təmasların başlanmasına çoxları cəhd edib və hazırda bu cəhdləri davam etdirir.

BAKI, 15 yanvar — Sputnik. Rəsmi Moskva hər iki tərəfin real maraq göstərəcəyi təqdirdə Birləşmiş Ştatlar və İran arasında dialoqun qurulmasına yardım etməyə hazırdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib. 

"Gərginliyin azaldılması üçün Birləşmiş Ştatlar və İran arasında təmasların başlanmasına çoxları cəhd edib və hazırda bu cəhdləri davam etdirir. Biz Fransa Prezidenti Emmanuel Makron və Yaponiya Baş naziri Sinzo Abenin səylərini pozitiv qiymətləndiririk. Biz, özümüz də tərəflərin real maraq göstərəcəyi təqdirdə buna yardım etməyə hazırıq", - deyə Şri-Lankada səfərdə olan Lavrov bildirib.

Trend İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev - Sputnik Azərbaycan
İran Ukrayna təyyarəsini niyə vurdu – politoloq danışır

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamenei və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.

Yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Lakin İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif yanvarın 11-i paylaşdığı tvitində qeyd edib ki, silahlı qüvvələr tərəfindən aparılmış təhqiqat nəticəsində "Boeing 737-800" təyyarəsinin "insan səhvi" səbəbindən vurulduğu məlum olub. O, faciənin ABŞ avantürizminin səbəb olduğu böhran zamanı baş verdiyini deyib.

Xəbər lenti
0