Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu azalma bizə də təsir edə bilər – Müharibənin ağır fəsadları

© AP Photo / Kin CheungМужчина проходит мимо обмена валюты в Гонконге
Мужчина проходит мимо обмена валюты в Гонконге - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ və Çin arasında 2018-ci ildə ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 28,5% artaraq 633,5 milyard dollara çatmışdı

BAKI, 14 yanvar — Sputnik. Dünyanın ən böyük iki iqtisadiyyatı - ABŞ və Çin arasında ticarət dövriyyəsinin həcmi "ticarət müharibəsi"nin fonunda 541,22 milyard dollar olub. Bu da 2018-ci ildə qeydə alınan göstəricidən 14,6% aşağıdır. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Çin gömrük idarəsinin məlumatına görə, hesabat dövrü ərzində Çindən ABŞ-a olan ixracatın həcmi 12,5% azalaraq 418,5 milyard dollar olub. ABŞ-dan Çinə olan ixracatın həcmi 122,7 milyard dollar olub ki, bu da 2018-ci ildə qeydə alınan göstəricidən 20,9% aşağdır.

Qeyd edək ki, ABŞ və Çin arasında 2018-ci ildə ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 28,5% artaraq 633,5 milyard dollara çatmışdı.

Xəbər lenti
0