“Liviyada dövlətçiliyi NATO bombaladı” – Lavrov

© © REUTERS/Ismail Zitouny/File PhotoСгоревший танк, принадлежавший войскам армии Халифы Хафтара к югу от Триполи, фото из архива
Сгоревший танк, принадлежавший войскам армии Халифы Хафтара к югу от Триполи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya XİN rəhbəri əlavə edib ki, hazırda alyans tərəfindən yaradılan problemin üzərində bir çox ölkələr – Almaniya, Fransa, İtaliya, həmçinin Əlcəzair, Misir, BƏƏ, Türkiyə, Qətər və Rusiya işləyir

BAKI, 14 yanvar — Sputnik. “Liviyada hazırda dövlətçilik yoxdur, onu 2011-ci ildə NATO məhv edib”. Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

"Bu cinayətkar, qanundankənar avantüranın nəticəsini biz hələ də çəkirik. Hamıdan əvvəl, təbii ki, Liviya xalqı çəkir", - deyə Sergey Lavrov Şri-Lankadan olan həmkarı Cineş Qunadevardenlə keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Lavrov, həmçinin əlavə edib ki, hazırda alyans tərəfindən yaradılan problemin üzərində bir çox ölkələr – Almaniya, Fransa, İtaliya, həmçinin Əlcəzair, Misir, BƏƏ, Türkiyə, Qətər və Rusiya işləyir.

Qeyd edək ki, Moskvada ötən gün Liviyadakı münaqişə tərəfləri arasında danışıqlar keçirilib. Tərəflər regionda gərginliyin azaldılması imkanları və şərtlərini müzakirə ediblər, lakin konsensus əldə olunmayıb: Barışıq haqqında yekun sənədi görüş iştirakçılarının hamısı imzalamayıb. Belə ki, Liviya Milli Ordusunun (LMO) rəhbəri, marşal Xəlifə Haftar sənədi imzalamayıb.

Liviyada vəziyyət

2011-ci ildə ABŞ və NATO-nun rəhbərliyi altında beynəlxalq koalisiya Liviyada əməliyyat keçirib. Əməliyyat nəticəsində Liviyada 40 ildən çox mövcud olan rejim devrilib.

Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган во время встречи - Sputnik Azərbaycan
Putinlə Ərdoğan Liviya və Suriyanı müzakirə ediblər

Bundan sonra ölkədə dərin böhran başlayıb. Ölkənin şərqində, Tobruk şəhərində xalq tərəfindən seçilən parlament mövqe tutub. Onu Haftarın rəhbəri olduğu LMO dəstəkləyir. Ölkənin qərbində, Tripolidə isə BMT və Avropa İttifaqı tərəfindən dəstəklənən Milli Birlik Hökuməti (Fayez Sarracın rəhbərlik etdiyi) fəaliyyət göstərir.

Ölkədə iki hakimiyyətlilik və təhlükəsizlik sisteminin çökməsi ölkədə silahlı üsyançıların və terror təşkilatlarının aktivliyini artırması ilə nəticələnib. Mərkəzləşmiş hakimiyyət və vahid ordunun olmaması nəticəsində Liviya qaçaqmalçılıq, həmçinin Afrikadan Avropaya qanunsuz miqrant axınının başlanğıc nöqtəsinə çevrilib.

2019-cu ilin aprelin 4-də Haftar "terrorçulardan azad etmək üçün" Tripoliyə hücuma başlayıb. Buna cavab olaraq hökumətə loyal silahlı qruplaşmalar "Qəzəb vulkanı" əməliyyatına başladıqlarını elan ediblər. Son bir neçə ayda davam edən toqquşmalar nəticəsində yüzlərlə adam ölüb, minlərlə insan yaralanıb.

Xəbər lenti
0