01:23 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
106101

Şiə təşkilatları hökumətə və parlamentinə diplomatik yolla xarici ölkə qoşunlarının İraqdan çıxarılması üçün "imkan yaradıb"

BAKI, 14 yanvar — Sputnik. İraq şiələrinin lideri Muqtəda əl-Sədr İranın şimal-şərqində şiə qruplaşmalarının liderləri ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Qruplaşmalardan birinin sözçüsü Nəsr əl-Şammari "İNA" agentliyinə bildirib ki, İraqda olan şiə qruplaşmalarının nümayəndələri ABŞ qoşunlarının İraqdan çıxarılması üçün səylərini birləşdirmək qərarına gəlib.

Məlumata əsasən Qum şəhərində baş tutan görüşdə İraqda nüfuz sahib olan 4 qruplaşmanın nümayəndələri iştirak ediblər. Belə ki, şiə təşkilatları hökumətə və parlamentə diplomatik yolla xarici ölkə qoşunlarının İraqdan çıxarılması üçün "imkan yaradıb".

Qeyd edək ki, İraq parlamenti yanvarın 5-i ABŞ qoşunlarının ölkədən çıxarılmasına dair qanun layihəsinin lehinə səs verib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamenei və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.

Yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Lakin İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif yanvarın 11-i paylaşdığı tvitində qeyd edib ki, silahlı qüvvələr tərəfindən aparılmış təhqiqat nəticəsində "Boeing 737-800" təyyarəsinin "insan səhvi" səbəbindən vurulduğu məlum olub. O, faciənin ABŞ avantürizminin səbəb olduğu böhran zamanı baş verdiyini deyib.

Əsas mövzular