08:43 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
92811

İordaniya kralı vurğulayıb ki, İŞİD yalnız İraq və Yaxın Şərq üçün deyil, həm də Avropa ölkələri və bütün dünyaya təhdiddir

BAKI, 13 yanvar — Sputnik. Son bir ildə İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı İraqın qərbində fəaliyyətini bərpa edib və möhkəmlənib. Sputnik Azərbaycan xəbər verir ki, bunu "France 24" telekanalına müsahibəsində İordaniya Kralı II Abdulla bildirib.

"Son bir ildə biz İraq və Şam İslam Dövlətinin yalnız Suriyanın cənub-şərqində deyil, həm də İraqın qərbində fəaliyyətini bərpa etməsini və möhkəmlənməsini görürük", - deyə İordaniya kralı vurğulayıb.

O əlavə edib ki, beynəlxalq birlik "orada olmalıdır və bu təhlükə ilə mübarizədə vəziyyətə müdaxilə və İraqa kömək etməyə hazır olmalıdır".

İordaniya kralı vurğulayıb ki, İŞİD yalnız İraq və Yaxın Şərq üçün deyil, həm də Avropa ölkələri və bütün dünyaya təhdiddir.

Qeyd edək ki, 2017-ci ilin dekabrında terror təşkilatı ilə 3 ildən artıq müddətdə davam edən müharibədən sonra İraq hökuməti ölkənin bütün ərazisinin azad olunduğunu bildirib. Buna qədər isə İŞİD terror təşkilatı ölkənin 1/3-nə nəzarət edirdi.

Əsas mövzular