Fəlakət bölgəsinə ümid qayıtdı - FOTO

© AFP 2023 / Peter ParksМашина, сгоревшая из-за лесных пожаров в Австралии
Машина, сгоревшая из-за лесных пожаров в Австралии - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda yanğın səbəbilə bağlı olan Dhuraq parkının 14850 hektarında ancaq Avstraliyanın cənub-qərbinə məxsus bitki növləri qorunur, bunlardan biri də himeya zanbağıdır. Bu bitkilər on milyonlarla il boyu dəfələrlə külə dönüb, sonra yenidən pöhrələyib

BAKI, 12 yanvar — Sputnik. İndiyədək misli görünməmiş yanğın Avstraliyanın böyük bir ərazisini xarabalığa çevirib. Ötən ilin sentyabrından başlayan fəlakətdə ən azı yarım milyard heyvanın öldüyü bildirilir. İndiyədək 6.3 milyon ha ərazi yanıb.

Ancaq buna rəğmən Avstraliyanın yenidən özünə yaşıl qitə adını qaytaracağına ümid var.

Sputnik Azərbaycan BBC-yə istinadən bildirir ki, yerli fotoqraf Mürrey Lou Yeni Cənubi Uels ştatında, Kulnura ərazisində küllərin arasından yeni pöhrələrin boy verdiyini görüb və şəkillərini çəkib. Qapqara külün içindən sezilən xırda yaşıl yarpaqlar, çəhrayı çiçəklər indi milyonlarla avstraliyalı üçün bir ümid işığı olub. Bu şəkilləri hər kəs sosial şəbəkələrdə böyük həvəslə paylaşır.

​"Bu, yenilənməyə dair bir işarət idi. Biz Avstraliyanı məşhurlaşdıran meşələrin yenidən "doğulmasının" şahidi olduq", - Dhuraq Milli Parkının yaxınlığında, Kulnurada çəkdiyi şəkilləri paylaşan fotoqraf bildirib.

Hazırda yanğın səbəbilə bağlı olan Dhuraq parkının 14850 hektarında ancaq Avstraliyanın cənub-qərbinə məxsus bitki növləri qorunur, bunlardan biri də himeya zanbağıdır. Bu bitkilər on milyonlarla il boyu dəfələrlə külə dönüb, sonra yenidən pöhrələyib.

Şeffild Universitetinin doktoru Kimberli Simpsonun fikrincə, bu bitkilər təkamül nəticəsində belə bir keyfiyyət əldə edib. O deyir ki, bitkilərin bunun üçün iki yolu var. Biri şəkillərdə göründüyü kimi yenidən kökdən cücərmədir. Yəni onların çox dərində olan kökünü torpaq yanğından qoruyur və bir müddət sonra yenə cücərir. Bəzi bitkilərin isə, məsələn, evkaliptlərin epikormik tumurcuqları olur, onlar ağacın qabığının dərinliyində yerləşir və yanğından güclü ziyan çəkmir. 

Ancaq doktor Simpson deyir ki, əgər yaxın günlərdə yağış yağmasa, həmin pöhrələr də məhv ola bilər.

Xəbər lenti
0