Yaponiyada atom elektrik stansiyasında təhlükəli vəziyyət

© Sputnik / Mediabanka keçidAtom Elektrik Stansiyası
Atom Elektrik Stansiyası - Sputnik Azərbaycan
Abunə olmaq
"İkata" AES-in dayandırılmış üçüncü blokunda yanacaq qutularını onları reaktorda saxlayan yuxarı hissə ilə birlikdə çıxararkən 48 tənzimləyici kasetdən biri də təsadüfən qaldırılıb

BAKI, 12 yanvar — Sputnik. Yaponiyada "İkata" atom elektrik stansiyasında qeyri-standart vəziyyət yaşanıb, ancaq hadisə ətraf mühitə heç bir təsir göstərməyib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Kiodo agentliyi Shikoku Electric Power Company-yə istinadən məlumat yayıb.

Agentlik bildirib ki, "İkata" AES-in dayandırılmış üçüncü blokunda yanacaq qutularını onları reaktorda saxlayan yuxarı hissə ilə birlikdə çıxararkən 48 tənzimləyici kasetdən biri də təsadüfən qaldırılıb.

Ətraf mühitə radiasiya yayılması və ya hər hansı təsir qeydə alınmayıb. Bu, plutonium və MOX (Mixed-Oxide fuel) uran qarışığı yanacağının ilk dəfə reaktordan çıxarılması təcrübəsidir. Hadisənin səbəblərini araşdırmaq üçün, mümkündür ki, işlərin qrafikində geriləmə olsun.

Xəbər lenti
0