Milyarder özünə elçilik edir, qızı Aya səyahətə aparacaq

CC0 / Pixabay / ringsNişan üzükləri, arxiv şəkli
Nişan üzükləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
2018-ci il sentyabrın 18-də İ.Maskla keçirdiyi mətbuat konfransında Maezava bildirmişdi ki, özü ilə Aya 6-8 müxtəlif incəsənət nümayəndəsini - kinorejissor, aktyor, musiqiçi, rəssam, fotoqraf, geyim dizayneri - aparacaq

BAKI, 12 yanvar — Sputnik. Yaponiyalı milyarder və pleyboy Yusaku Maezava onunla Aya uçmaq və həyat yoldaşı olmaq istəyən qızlar üçün müsabiqə elan edib.

Sputnik Azərbaycan bildirir ki, təklifi Maezava Twitter-dəki hesabında edib.

O, layihəni "təkbətək ciddi münasibətlər üçün elçilik" adlandırıb və izah edib ki, kosmosa səyahət onun çoxdankı arzusu olub.

"Xüsusi məkana xüsusi adamla getmək. Bu təkbətək elçilik layihəsi ilə Maezava özünə həyat yoldaşı tapmaq istəyir. Maraq və ana enerjisi ilə dolu, insanların və cəmiyyətin xeyri üçün Maedzava ilə bir fəaliyyəti gerçəkləşdirmək istəyən qızlar axtarılır", - müsabiqənin saytında deyilir.

​Namizədliyini irəli sürənlər subay, 20 yaşdan yuxarı, pozitiv düşüncəli və şən olmalıdırlar. Bundan başqa, onlar bütün ciddiliyi ilə uçuşa hazırlaşmalıdırlar. Onlar həyatdan həzz almağı, Maezavaya öz fikirlərini çatdırmağı bacarmalı, bütün dünyada sülh arzulamalıdırlar. Müsabiqə yanvarın 17-dək davam edəcək.

Луна, фото из архива - Sputnik Azərbaycan
İlin ilk Ay tutulması baş verdi

2018-ci ildə Maezava bildirmişdi ki, Aya sevgilisi, yapon model və aktrisa Qoriki Ayame ilə uça bilər. Ötən ilin dekabrında isə Yaponiya telekanallarından birinə müsahibəsində milyarder deyib ki, onunla ayrılıb, çünki Qoriki uçuşa hazırlamaq əvəzinə aktrisa kimi işləməyi üstün tutub. 44 yaşlı milyarder bir vaxtlar 27 yaşlı Qoriki ilə evlənmək fikrinə düşüb, amma onun Aya səyahətə  münasibətinə görə yolları ayrılıb.

Maezavanın sərvəti 3 milyard dollardır. Kolleksionerlikdən savayı, o, pleyboyluğu ilə də ad çıxarıb. Daha çox gənc aktrisalarla görüşən Maezavanın ən uzun macərası iki ildən çox olmur. Heç vaxt ailə qurmamış milyarderin fərqli qadınlardan üç uşağı var.

Yapon milyarder İlon Maskın "SpaceX" layihəsində iştirak edəcək. Onu 2023-cü ildə Aya aparacaq  BFR (Big Falcon Rocket) nəqliyyat sisteminin tikintisinə artıq başlanıb.

2018-ci il sentyabrın 18-də İ.Maskla keçirdiyi mətbuat konfransında Maezava bildirmişdi ki, özü ilə Aya 6-8 müxtəlif incəsənət nümayəndəsini - kinorejissor, aktyor, musiqiçi, rəssam, fotoqraf, geyim dizayneri - aparacaq.

Xəbər lenti
0