İlanın əzabları insanların ürəyini ağrıtdı - VİDEO

© pixabay / u_8u5n1hlxЗмея
Змея - Sputnik Azərbaycan
Abunə olmaq
Gün ərzində videoya 30 min baxış olub. İstifadəçilərin əksəriyyəti heyvanın əzablarını ürək ağrısı ilə izlədiklərini, bəşəriyyətin ekologiyaya olan münasibətini dəyişməsinin labüdlüyünü vurğulayıb

BAKI, 12 yanvar — Sputnik. Hindistanda meşə xidməti əməkdaşı Parvin Kasvan sosial şəbəkədə plastik butulka udan ilanın əzablarını əks etdirən video paylaşıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə NDTV məlumat yayıb.

Kadrlarda görünür ki, ilanı çubuqla tərpədəndə o, əzələlərini qısaraq udduğu butulkanı geri itələyib çıxarır. Kasvan videoda qeyd yazıb: "Baxın, görün plastik təbiətə necə təsir edir. Bu video sizi şoka sala bilər".

​Gün ərzində videoya 30 min baxış olub. İstifadəçilərin əksəriyyəti heyvanın əzablarını ürək ağrısı ilə izlədiklərini, bəşəriyyətin ekologiyaya olan münasibətini dəyişməsinin labüdlüyünü vurğulayıb.

Ətraf Mühitin Çirklənməsinə Nəzarət üzrə Mərkəzi Komitənin məlumatına görə, Hindistanda bir gündə 25 min ton plastik tullantı yaranır. Onlardan 40 faizi vəhşi təbiətə atılır və təmizlənmir.

Xəbər lenti
0