Amerikalı mənbənin iddiası: ABŞ bazasına hücum zamanı ölənlər olub

© AFP 2023 / SHAIGAN / FARS NEWS Запуск ракеты во время военных учений в Иране, фото из архива
Запуск ракеты во время военных учений в Иране, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Trampın söylədiyinin əksinə olaraq amerikalı bir mənbə İraqda ABŞ-a məxsus "Eyn əl-Əsəd" hərbi bazasına hücum zamanı ölən və yaralananların olduğunu açıqlayıb

BAKI, 11 yanvar — Sputnik. İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirməsi ilə bağlı bəzi yeni iddialar açıqlanıb.

Сотрудники службы безопасности посольства США в Багдаде, фото из архива - Sputnik Azərbaycan
İran ABŞ bazalarına raket zərbəsinin yeni görüntülərini yayımladı – VİDEO

Xatırladaq ki, "Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. ABŞ Prezidenti Donald Tramp isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.

Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, Trampın söylədiyinin əksinə olaraq amerikalı bir mənbə İraqda ABŞ-a məxsus "Eyn əl-Əsəd" hərbi bazasına hücum zamanı ölən və yaralananların olduğunu açıqlayıb.

Amerikalı mənbə Yaponiyanın "FNN" telekanalına açıqlama verib. Açıqlamasında İranın ABŞ-a məxsus "Eyn əl-Əsəd" hərbi bazasına hücumu zamanı ən az 20 nəfərin öldüyünü və ya yaralandığını bildirib.

Yaponiyanın telekanalı bu xəbəri İranın raket əməliyyatından bir neçə saat sonra yayımlayıb.

İran-ABŞ münaqişəsi: Yaxın Şərqdə gərginliyin azalmasını gözləmək olarmı?

Qeyd edək ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xameneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

Xəbər lenti
0