Dəhşət: Meyit bir neçə gün bayram süfrəsi arxasında oturub

© pixabay / jill111Новогодний стол
Новогодний стол - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 8-i Çeressı kəndinin sakini milisə müraciət edərək həyat yoldaşının bir neçə gün evdə gecələmədiyini bildirib

BAKI, 9 yanvar — Sputnik. Belarusun Vitebsk vilayətində kəndlərdən birində ölmüş qonaq bir neçə gün bayram süfrəsinin arxasında qalıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Vitebsk vilayəti üzrə Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Vitaliy Sapronenko bildirib.

Etmə - Sputnik Azərbaycan
SƏHİYYƏ
Yeni il bayramında qazanılan piylərdən necə qurtulmalı?

"Yanvarın 8-i Çeressı kəndinin sakini milisə müraciət edərək həyat yoldaşının bir neçə gün evdə gecələmədiyini bildirib. Hüquq mühafizə orqanları müəyyənləşdiriblər ki, onu sonuncu dəfə bu yaxınlarda Rusiyadan geri qayıdan həmkəndlisinin evində görüblər. Hüquq mühafizə orqanları əməkdaşları bu məlumatı yoxlayıb və itkin düşən şəxsi aşkarlayıb. Onun cəsədi bayram süfrəsinin arxasında olub. Belə ki, 30 dekabr 2019-cu ildə həmkəndlilər bayramı qeyd ediblər. İlkin məlumata görə, şəxs yanvarın 6-da vəfat edib", - Sapronenko vurğulayıb.

Araşdırma zamanı ölən şəxsin başında zərbə izi aşkarlanıb.

"Ev sahibi etiraf edib ki, mübahisə zamanı odun parçası ilə həmkəndlisini vurub. Ölən şəxsin başında kapüşon olduğu üçün ona zərbə endirən şəxs onun ölməsinə fikir verməyib və içməyə davam edib", - deyə Sapronenko vurğulayıb.

Faktla bağlı araşdırmalar davam edir.

Xəbər lenti
0