Bu dəfə Türkiyədə: Təyyarə eniş zamanı qəzaya uğradı – VİDEO

© © IHA via APTürkiyənin "Pegasus" aviaşirkətinə məxsus "Boeing 737-800" sərnişin təyyarəsi
Türkiyənin Pegasus aviaşirkətinə məxsus Boeing 737-800 sərnişin təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisənin səbəbləri bəlli olmasa da, yayılan məlumatlara görə, yanvarın 5-dən etibarən İstanbulda qasırğalar və güclü yağışlar müşahidə olunur

BAKI, 8 yanvar — Sputnik. Türkiyənin "Pegasus" aviaşirkətinə məxsus "Boeing 737-800" sərnişin təyyarəsi İstanbulun Sabiha Gökçən hava limanında eniş edərkən uçuş-enmə zolağından kənara çıxıb.

Sputnik Azərbaycan "Haber7" saytına istinadən xəbər verir ki, hadisədə ölən və ya yaralanan olmayıb və xilasedicilər 164 sərnişini təyyarədən müvəffəqiyyətlə təxliyə ediblər. 

Məlumata görə, hadisədən sonra hava limanının fəaliyyətində fasilə yaranıb. Sərnişin təyyarəsinin Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərindən İstanbula uçduğu və hava limanında yerli vaxtla saat 09:43-də (Bakı vaxtı ilə saat 10:43-də) eniş etdiyi bildirilir.

Hadisənin baş vermə anının videogörüntüləri də yayılıb. Kadrlardan təyyarənin eniş etdikdən sonra uçuş-enmə zolağından çıxdığını görmək olar.

Hadisənin səbəbləri bəlli olmasa da, yayılan məlumatlara görə, yanvarın 5-dən etibarən İstanbulda qasırğalar və güclü yağışlar müşahidə olunur.

Xatırladaq ki, bu gün Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində təyyarədə olan 176 sərnişinin hamısı həlak olub.

Xəbər lenti
0